Fələstin mənbələri Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasında 17 fələstinli körpənin qida çatışmazlığı və susuzluq səbəbiylə həyatını itirdiyini açıqlayıb.
Bundan əvvəl BMT Uşaq Fondu (UNICEF) Qəzzada fələstinli uşaqların ölüm sayının artması ilə bağlı xəbərdarlıq etmiş və Qəzzada uşaqların ölümü ilə bağlı narahatlıqların reallığa çevrildiyini vurğulamışdı.
UNİCEF-in icraçı direktoru Ketrin Rassel Qəzzada bir çox uşaqların ağır qida çatışmazlığından əziyyət çəkdiyini bəyan edərək deyib: “Qəzzada fələstinli uşaqlar ölüm ayağındadır.”
Sizin rəyiniz